Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kamilə Babayeva bu kanalda çalışacaq

Kamilə Babayeva bu kanalda çalışacaq

Tarix: 21 Sentyabr 2021 13:05

Aparıcı Kamilə Babayeva da uzun fasilədən sonra bu mövsüm televiziyaya qayıtmaq qərarı verib.

Milli.Az xəbər verir ki, bu haqda aparıcı axşam.az-a açıqlamasında deyib. O bildirib ki, AzTV-də çalışacaq:

"Verilişin adı hələ məlum deyil. Səmimi ortamda söhbət olacaq. Həftəsonu yayımlanacaq. Proqramda sənət adamları, sayılıb-seçilən ziyalılar, yazarlar yer alacaq".

Qeyd edək ki, K.Babayeva sonuncu dəfə sözügedən kanalda "Görüş yeri" verilişinə aparıcılıq edib. Onun proqramı bir mövsüm davam etmiş, daha sonra yayımı dayandırılmışdı. K.Babayeva bir ildən çoxdur ki, aparıcılıq fəaliyyətinə fasilə verib.

Milli.Az


Etiketlər:  Kamilə Babayeva bu kanalda çalışacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ