Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2021 16:50
Misirin El Havamedia şəhəri yaxınlığındakı kəndlərdən birində polis 11 yaşlı gəlin və 12 yaşlı bəyin valideynlərini həbs edib.
Sonxeber.net Alarabia News nəşrinə istinadən xəbər verir ki, onlar azyaşlıların nişan mərasimini keçirməkdə ittiham olunublar. Gəlin və bəyin valideynləri qızıl aldıqları bir zərgərlik mağazasının şəkillərinin Facebook-da yerləşdirilməsindən qısa mərasimin qarşısı alınıb. Görüntülər sosial mediada yayılıb və polisin diqqətini çəkib.
Hüquq-mühafizə orqanları uşaqların valideynlərini tapıb, nişanlanmadan bir saat əvvəl onları həbs edib və araşdırmalara başlayıb. Qanuna görə, Misirdə evlənmək yalnız 18 yaşından sonra mümkündür.
Kamran Seyidov