Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada elektrik enerjisinin qiyməti artıb

Fransada elektrik enerjisinin qiyməti artıb

Tarix: 22 Sentyabr 2021 21:26

Fransada təbii qaz və yanacağın qiymətinin artmasından sonra elektrik enerjisinin də qiyməti artıb. Artıq ölkədə bir ailə elektrik enerjisinə ildə 1550 avro yox, 1700 avro ödəyəcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Fransada hər bir ev elektrik enerjisi üçün ildə 150 avro artıq ödəməli olacaq. Ölkədə 2007-ci ildən bu günədək elektrik enerjisinin qiyməti 60 faiz artıb.

Fransada təbii qaz satışının qiyməti iyulda 10 faiz, avqustda 5 faiz, sentyabrın 1-dən isə 8,7 faiz artıb. Təbii qazın qiymətinin artma səbəbi bütün dünyada baş verən artımla əlaqələndirilir.


Etiketlər:  Fransada elektrik enerjisinin qiyməti artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ