Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2021 07:42
Mərkəzi Amerika ölkəsi olan Nikaraquada 6,5 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar ölkənin Ciqvuilillo şəhəri yaxınlığında qeydə alınıb. Zəlzələnin dərinliyi 30,7 kilometr təşkil edib.
Dənizdə baş verən zəlzələdə dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.