Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2021 12:25
Əməkdar artist Gülüstan Əliyeva da koronavirusa yoluxub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Özəl" proqramında deyib. O bildirib ki, xəstəliyi ağır keçirib:
"Çox soyuq olmuşdu, koronavirusa yoluxdum. Çətin oldu, amma şükür, keçib getdi".
Azərbaycan musiqisinin hazırki durumundan bəhs edən G.Əliyeva "Şikayətlənirəm... Təskinlik də verirəm ki, keçici haldır. Düzələcək" sözlərini deyib.