Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Azərbaycan Opera İnciləri” təqdim edilib - FOTO

“Azərbaycan Opera İnciləri” təqdim edilib - FOTO

Tarix: 23 Sentyabr 2021 21:08

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Azərbaycan Opera İnciləri" filmi təqdim edilib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, filmin ideya müəllifi Əməkdar artist, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovdur.

"Azərbaycan Opera İnciləri" filmi Şuşanın Mədəniyyət paytaxtı elan edilməsinə, həmçinin, zəngin tarixi olan opera teatrımızın şanlı fəaliyyətinə həsr edilib.

Filmdə Üzeyir Hacıbəylinin "Koroğlu", Əfrasiyab Bədəlbəylinin "Nizami", Müslüm Maqomayevin "Nərgiz", Reinhold Glierin "Şaxsənəm", Fikrət Əmirovun "Sevil" və Ramiz Mustafayevin "Vaqif" operalarından əsərlər təqdim edilib.

Milli.Az


Etiketlər:  Azərbaycan Opera İnciləri təqdim edilib FOTO


RƏYLƏR