Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2021 13:24
"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante mövsümün sonunda komandasını dəyişə bilər.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, ulduz futbolçu bir neçə Avropa nəhənginin diqqət mərkəzindədir.
Konkret olaraq "Real" və PSJ 30 yaşlı oyunçunu transfer etməkdə maraqlıdır. Kantenin "zadəganlar"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir. Nqolo yeni sazişə hələ müsbət yanaşmadığından, londonlular gələn ilin yayında onu satmağa hazırdır.
Qeyd edək ki, Nqolo Kante 2016-cı ildən "Çelsi"nin formasını geyinir.