Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrandan Bakıya yeni hədə

İrandan Bakıya yeni hədə

Tarix: 28 Sentyabr 2021 15:38

"İran öz sərhədləri yaxınlığında sionist rejimin nümayişkaranə varlığına dözməyəcək". Bu sözlər İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadənin yaydığı bəyanatda öz əksini tapıb. Bəyanatda bildirilir ki, iki ölkə arasında yaxşı bir əlaqə mövcuddur. Eləcə də, iki tərəf arasındakı normal kommunikasiya yollarının ən yüksək səviyyədə olduğunu nəzərə alsaq, səslənən bəyanatlar onlarda təəccüb doğurur. "Bu və digər əlaqəli məsələlər Nyu-Yorkda BMT sessiyasında iki ölkənin xarici işlər nazirlərinin görüşü zamanı ciddi şəkildə müzakirə edilib. Dialoqun rahat bir yerdə davam etdirilməsinə qərar verilib. İran hər zaman hər hansı bir işğala qarşı çıxaraq, ölkələrin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda mehriban qonşuluq prinsiplərinə riayət etmək ən vacib məsələlərdən biridir və biz qonşularımızın buna diqqətini gözləyirik", -deyə bildirilib.

İran XİN rəsmisi daha sonra vurğulayıb ki, ölkələrinin şimal-qərb sərhədlərində təlimlər keçirmək suverenlik məsələsidir, bütün bölgədə sabitlik və sülh naminə aparılır. "Əlbəttə ki, İranın sərhədlərində sionist rejimin nümayişkaranə varlığına dözməyəcəyik və bu kontekstdə milli təhlükəsizliyi üçün zəruri hesab etdiyimiz hər hansı bir tədbir görəcəyimiz göz qabağındadır".

Kamran Seyidov


Etiketlər:  İrandan Bakıya yeni hədə


RƏYLƏR