Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2021 09:18
Ekvadorda Quayas əyalətinin həbsxanasında cinayətkar qruplaşmaların üzvləri arasında atışma olub.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Məhbuslara Hərtərəfli Diqqət Milli Xidmətinin tviterdəki xəbərində deyilir.
Məlumata görə, hadisə nəticəsində onlarla insan həlak olub.
İlk atəş səslərinin eşidilməsindən sonra həbsxanaya operativ bölmələrin əməkdaşları gəlib. Həbsxanada tam nəzarəti bərpa etmək üçün onlara 3 saat lazım olub. Atışma zamanı 24 nəfər həlak olub, daha 48 insan yaralanıb.
"La Jornada" nəşrinin məlumatına görə, iyulda Ekvador prezidenti Gilyermo Lasso ölkənin həbsxana sistemində fövqəladə vəziyyət rejim tətbiq edib. Cəzaçəkmə müəssisələrində baş verən bir neçə toqquşma nəticəsində 100-ə yaxın insan həlak olub.