Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ermənistan böyük bir ölüxanaya çevrilib” - Qazaryan

“Ermənistan böyük bir ölüxanaya çevrilib” - Qazaryan

Tarix: 29 Sentyabr 2021 11:06

"2021-ci il sentyabrın 27-də saat 11:00-da bir dəqiqəlik sükut elan etmək haqqında yeganə rəsmi bildiriş Ermənistan hökumətinin "Facebook" sosial şəbəkəsində verilib".

Sonxeber.net ordu.az-a istinadən xəbər verir ki, bunu "Facebook" səhifəsində Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş administrasiya rəhbəri Edqar Qazaryan yazıb.

O bildirib ki, bununla bağlı heç bir hüquqi akt qəbul edilməyib.

"Ölkə böyük bir ölüxanaya çevrilib, bu cəhənnəmdən xilas olmaq üçün bir yol var: ölkəmizi cəhənnəmə çevirmiş alçaqlardan qurtarmaq", - deyə Qazaryan qeyd edib.


Etiketlər:  Ermənistan böyük ölüxanaya çevrilib Qazaryan


RƏYLƏR