Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?

Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?

Tarix: 20 Avqust 2019 20:54

Bakı. Mətanət Nəsibova - Trend:

Bu ilin iyul ayında Azərbaycanın avtomobil bazarında avtomobillərin orta qiyməti 38 817 manat təşkil edib.

Bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov məlumat verib.

Onun sözlərinə görə, 2019-cu ilin əvvəlindən avtomobil bazarında qiymətlər 34 faiz artıb:

“Qiymət artımı ilin əvvəlində avtomovil idxalına aksiz vergisinin dərəcəsinin artırılması səbəb olub. Eyni zamanda, ötən illə müqayisədə avtomobil bazarında fəallığın azalması müşahidə olunur. Bazarda təklif tələbi əhəmiyyətli dərəcədə üstələyir. Hesab edirəm ki, yaxın aylarda yüksək tələbatla əlaqədar olaraq kiçiklitrajlı avotomobillərin qiymətində azalma gözlənilmir. Böyük ehtimalla, irihəcmli və qiyməti yüksək olan avtomobillər ucuzlaşacaq”.

N.İbrahimov bildirib ki, 2019-cu ilin iyul ayında iyunla müqayisədə böyükhəcmli avtomobillərin qiyməti 0,99 faiz azalıb, kiçiklitrajlı avtomobillərin qiyməti isə 3,8 faiz artıb:

“Avtomobil bazarında dizel mühərrikli avtomobillərə marağın azalması müşahidə olunur. Əksər hallarda müştərilər KIA, “Hyundai”, “Toyota” markalarına üstünlük veriblər. Ötən ay bahalı avtomobillərin (əsasən “Land Rover” şirkətinin avtomobilləri) orta qiyməti 400 min manatdan çox olub, büdcə avtomobillərin (əsasən 1984-cü il istehsalı olan VAZ) orta qiyməti isə 1800 manat təşkil edib”.

O əlavə edib ki, “Peugeot” markalı avtomobillərin münasib qiymətlərinə (ortalama 16 min manat) baxmayaraq, bu nəqliyyat vasitələri Azərbaycanda kifayət qədər populyar deyil.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ