Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2021 23:30
İsraildə Covid vaksini olan insanlarda ürək əzələsi iltihabına rastlanılıb.
Sonxeber.net xəbər verir ki, rəsmilər 2020-ci ilin dekabr və may aylarında vaksinasiya olunan 5 milyondan çox insandan 275-də miyokardit yəni ürək əzələsi iltihabına rastlanıldığını açıqlayıb. Nazirliyin araşdırmasında 16 ilə 30 yaş arasındakı kişilərdə miyokarditin vaksinlə əlaqəli olduğunu deyilir. Araşdırmanın nəticəsinə görə 16-19 yaş qrupunda bu bağlantı digər yaşlara görə daha çoxdur.
Ürək əzələsi ihtihabı rastlanılanlardan 95 faiziinin xəstəliyi yüngül keçirdiyi, xəstəxanada 4 gündən artıq qalmadıqları vurğulandı.
Ölkədə 12-15 yaş qrupunun isə vaksinasiyası hələlik dayandırıldı.
"Pfizer" şirkəti isə bunun vaksinlə əlaqəli olmadığını bildirib.
Qeyd edək ki, vaksinasiyada böyük uğur əldə edən İsraildə əhalinin 55 faizi peyvənd olunub. /medicina.az