Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2021 11:42
Bu gün Cenevrədə strateji sabitliyə dair Rusiya-ABŞ məsləhətləşmələrinin ikinci üz-üzə raundu keçiriləcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, Rusiyanı görüşdə xarici işlər nazirinin müavini Sergey Ryabkovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. ABŞ tərəfindən isə heyətə Dövlət katibinin birinci müavini Vendi Şerman başçılıq edəcək.
Qeyd edək ki, bu görüş iki ölkə liderləri Vladimir Putin və Co Baydenin 16 iyun sammitindəki razılaşmasına uyğun olaraq keçirilir. Raundun ilk mərhələsi iyul ayında baş tutub.