Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2019 11:44
İlk xəbər saat 09:45-də yayılıb
Bakı. Ceyhun Ələkbərov - Trend:
Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib.
Trend-in məlumatına görə, R.Atakişiyev II Fəxri xiyabanda torpağa tapşırılıb.
XXX
saat 11:17
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb.
Trend-in məlumatına görə, pilotun nəşi dəfn olunmaq üçün II Fəxri Xiyabana yola salınıb.
XXX
saat 11:03
Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində vida mərasimi keçirilib.
Mərasimdən sonra pilotun nəşi II Fəxri Xiyabanda dəfn olunacaq.
XXX
saat 09:45
Ötən gün meyiti tapılan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi keçirilir.
Trend-in məlumatına görə, mərhum pilotla vida mərasimi Yeni Yasamalda yerləşən evinin həyətində başlayıb.
R.Atakişiyevlə rəsmi vida mərasimi hazırda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində davam etdirilir.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov vida mərasimində iştirak edir.
Pilot daha sonra II Fəxri Xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin