Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb (FOTO)

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb (FOTO)

Tarix: 21 Avqust 2019 11:39

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə daxil olan əməliyyat məlumatları əsasında İran İslam Respublikasından birlikdə piyada yolla gələn Azərbaycan Respublikasının 3 vətəndaşı Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun sərnişin idxal xəttində gömrük nəzarətinə daxil olarkən saxlanılıb və sorğu-sual edilərək onlara məxsus əl yükləri yoxlanılıb.

Komitədən Trend-ə verilən məlumata görə, yoxlama zamanı həmin şəxslərdən birinin təqdim etdiyi yük çantasındakı 4 ədəd şokolad qutusunda yad predmetin olduğu müəyyən edilib və qutulara gömrük baxışı keçirilib.

Qutulardan "Nani", "Eterno" markalı şokoladlarla yanaşı, həmin məhsulların qablaşdırmasına yerləşdirilərək gömrük nəzarətindən gizlədilən, içərisində narkotik və psixotrop maddə olan 24 ədəd uzunsov büküm aşkarlanıb.

Aşkar edilən bükümlərdən 17-də ümumi çəkisi 196 qram təşkil edən ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin, 6-da ümumi çəkisi 191 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 1-də isə təqribi çəkisi 1 qram təşkil edən qara rəngli narkotik vasitə - tiryək, həmçinin 10 ədəd üzərində "FM 40" yazısı olan açıq qəhvəyi rəngli həb - metadon olduğu məlum olub.

Qeyd edək ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələri"nin II Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb (FOTO) İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb (FOTO) İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb (FOTO) İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb (FOTO)


Etiketlər:  İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ