Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspanlar Mahirdən imtina edirlər

İspanlar Mahirdən imtina edirlər

Tarix: 21 Avqust 2019 13:56

İspaniya Sequnda təmsilçisi "Estremadura" "Qarabağ"ın hücumçusu Mahir Emrelinin transferindən imtina edə bilər.

Qol.az xəbər verir ki, klub danışıqlarda ləngimə səbəbindən bu addımı atmaq haqda düşünür.

Bu arada İspaniyanın “El Periodico” nəşri yazıb ki, "Estremadura" "Barselona"nın yetirməsi olan Rafa Mujikanı heyətinə qatmaq niyyətinə düşüb. Bildirilib ki, yay fasiləsində "Barselona"nın B komandasından İngiltərə "Lids"inə keçən 21 yaşlı hücumçunun başqa kluba icarəyə verilməsi planlaşdırılır. "Estremadura"nın Rafa Mujika ilə danışıqlarının müsbət getdiyi, onu icarəyə götürəcəyi təqdirdə, Mahir Emrelidən imtina edəcəyi iddia olunub.

Əlavə edək ki, İspaniya mətbuat Mahirlə Sequndanın digər təmsilçisi “Malaqa”nın da maraqlandığını yazıb.

 


Etiketlər:  İspanlar Mahirdən imtina edirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ