Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2021 14:20
Yolun hər iki kənarı asfalt olsa da, tən ortası qazılıb. Paytaxtın Mərdəkan qəsəbəsində 3-4 aydır ki, təxminən 1200 metr yol su çəkilmək məqsədilə qazılıb və üzəri asfaltlanmayıb. Bu isə gediş-gəlişə və orada yaşayan sakinlərin nəqliyyatla hərəkətinə təhlükə törədir.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, görüntülər Mərdəkan qəsəbəsi Rəfael Cəfərov küçəsindəndir. Ərazidə yaşayan sakinlər bildirirlər ki, 3-4 aydır yol su xəttinin çəkilməsi məqsədilə qazılıb və üzəri asfaltlanmadan saxlanıb. Yolun bu vəziyyəti insanların gediş-gəlişinə və eləcə də nəqliyyatın hərəkətinə problem yaradır.
Sakinlər deyirlər ki, bu yolda bir neçə dəfə xoşagəlməz hadisələr də olub. Xüsusilə yağış yağanda bu yoldan istifadə etmək mümkün olmur. Sakinlər problemlə bağlı "Azərsu" ASC-yə müraciət etdiklərini də bildiriblər.
Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Xəzər Xəbər"ə açıqlamasında problemdən xəbərdar olduqlarını bildirdi.
İndi sakinlərə daha bir neçə gün səbr etmək qalır.