Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qalmaqallı açıqlamasına aydınlıq gətirdi

Qalmaqallı açıqlamasına aydınlıq gətirdi

Tarix: 7 Oktyabr 2021 10:50

Türkiyəli aktyor Kubilay Aka "Haqlı və ya haqsız üzr istəmirəm. Kiməsə minnət etməyə gərək duymuram" sözlərinə aydınlıq gətirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "İstanbul" univeristetində gənclərlə bir araya gələn aktyor verilişdə özünü doğru ifadə edə bilmədiyini açıqlayıb:

"Bütün türk xalqında üzrxahlıq etmədiyim üçün üzr istəyirəm. Canlı yayım həyəcanı var idi, həm də suallara tez cavab vermək lazım idi. Minnət etmərəm kimi bir söz çıxıb ağzımdan. Demək istədiyim üzr istəmək çox dəyərlidir. Üzr istəmək bu səhvi sonuncu dəfə etdiyinin zəmanətini verməkdir. Həmin insanın qarşısına keçib yenidən eyni hadisəyə görə üzr istəmək mənim üçün daha böyük utanc olar. Üzr istəməyi ən sona buraxıram, ilk olaraq könlünü almağa çalışaram. 26 yaşıma üzr istəmədən gələ bilməyim imkansızdır".

Qeyd edək ki, bir müddət əvvəl proqramların birində qonaq olan Kubilay bunları demişdi:

"Haqlı və ya haqsız üzr istəmirəm. Kiməsə minnət etməyə gərək duymuram. Günah məndədirsə, səhv etmişəmsə, insanam, buna görə üzr istəmərəm. Qarşı tərəfdən anlayış gözləyərəm. Gəncəm, 26 yaşındayam, xəta etmişəmsə, burada problem yoxdur. Böyük və ya kiçik olsun fərq etmir".

Milli.Az


Etiketlər:  Qalmaqallı açıqlamasına aydınlıq gətirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ