Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda Formula 1-ə görə qurulan infrastrukturun sökülməsinə başlanılıb (ÖZƏL)

Bakıda Formula 1-ə görə qurulan infrastrukturun sökülməsinə başlanılıb (ÖZƏL)

Tarix: 29 Aprel 2019 11:04

Bakı. Samir Əli, Ayşəm Rüstəmova - Trend:

Bu gündən etibarən Bakı Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı qurulan infrastrukturun sökülməsinə başlanılıb.

Bunu Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildiriblər.

Söhbət beton qurğular, dəmir arakəsmələr, keçid və oturacaqlardan gedir.

Qeyd olunub ki, hazırda trek ətrafındakı maneələrin, tribunaların və pit binasının sökülməsi işləri aparılır.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov isə Trend-ə bildirib ki, bu gündən etibarən Bakı Şəhər Halqası kimi tanınan ərazi üzrə - "Azneft" meydanı istiqamətində - Bayıldan 20-ci sahə istiqamətində və cənub tərəfdən, eyni zamanda, Hökumət evi istiqamətində - Üzeyir Hacıbəyov küçəsi ilə Afiyyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsinin kəsişməsindən, həmçinin Lermontov küçəsi ilə Axundov adına park və onun ətrafı, xüsusilə də Əhməd Cavad küçəsi ilə İstiqlaliyyət və Bünyat Səfərov küçələri istiqamətində, Şeyx Şamil küçəsi istiqamətində, Dənizkənarı Milli Park boyunca, Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət aradan qaldırılacaq. Məhdudiyyət aradan qaldırıldıqdan sonra həmin yollarda avtomobillərin sərbəst hərəkətinə icazə veriləcək.

Xatırladaq ki, 26-28 aprel tarixlərində Bakıda Formula 1 üzrə SOCAR Azərbaycan Qran Prisi keçirilib. Budəfəki Qran Prinin qalibi Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda Formula görə qurulan infrastrukturun sökülməsinə başlanılıb ÖZƏL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ