Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gərginlik pik həddə: “Artıq Fransa müttəfiqimiz deyil” – Savaş anonsu verildi

Gərginlik pik həddə: “Artıq Fransa müttəfiqimiz deyil” – Savaş anonsu verildi

Tarix: 7 Oktyabr 2021 22:28

Fransa İngiltərə üçün hazırlanmış beş milyon doza koronavirus peyvəndi oğurlamaqda ittiham edilir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Fransa və İngiltərə arasındakı AUKUS müqaviləsindən və balıqçılıq böhranından sonra bu dəfə peyvəndlə bağlı gərginlik yaşanır.

Fransa 5 milyon doza "AstraZeneca" peyvəndini oğurlamaqda günahlandırılır.

Fransa Prezidenti Emmanuel Makronun Avropa Birliyi ölkələrinin başçıları ilə mart ayında İngiltərəyə vaksin göndərilməsini dayandırmaq üçün əlbir olduğu iddia edilib.

İngiltərə hökuməti Fransanın bu ölkə üçün nəzərdə tutulmuş koronavirus peyvəndinin böyük hissəsinin göndərilməsinin qarşısını aldığını bildirib.

Peyvəndlərin Hollandiyadan göndərilməsi gözlənilirdi.

AB liderləri İngiltərəyə ikinci doza peyvəndlərin göndərilməsinə mane olmaq üçün ixracat qadağası tətbiq etməklə hədələyərək diqqət çəkmişdilər. Brüssel "AstraZeneca"nı bu ilin birinci rübündə birlik ölkələrinə 120 milyon doza tədarük etmə müqaviləsindən imtina etməkdə ittiham edib. Makronun "AstraZeneca" peyvəndinin az təsirli olduğunu iddia etməsi son damla olub.

İngiltərə AB-nin addımını "insan həyatına başa gələ biləcək çirkin davranış" adlandırıb. İngilis rəsmiləri baş verənləri müharibəyə bənzədərək Fransa ilə müttəfiq olmağın artıq mümkün olmadığını bildiriblər.

İngiltərə sentyabr ayında Fransa şirkəti ilə imzalamağı planlaşdırdığı müqavilədən imtina etmişdi.

Milli.Az


Etiketlər:  Gərginlik həddə Artıq Fransa müttəfiqimiz deyil Savaş anonsu verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ