Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynalı deputatın Kiyevdə meyiti tapılıb

Ukraynalı deputatın Kiyevdə meyiti tapılıb

Tarix: 8 Oktyabr 2021 10:10

Ukrayna Ali Radasının deputatı Anton Polyakov Kiyevdə ölü tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ilkin məlumata əsasən, deputat taksidə gedərkən özünü pis hiss edib. Ukrayna milli polisinin Kiyevdəki idarəsindən verilən məlumata görə, bu gün Kiyev polisinə Ukraynanın xalq deputatı Anton Polyakovun paytaxtın Dnepr rayonunda ölü tapılması barədə məlumat daxil olub.

Hadisə yerində hüquq-mühafizə orqanları zəruri istintaq hərəkətlərini yerinə yetirir. Ölümün dəqiq səbəbi məhkəmə-tibb ekspertizasından sonra bilinəcək.

Milli.Az


Etiketlər:  Ukraynalı deputatın Kiyevdə meyiti tapılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ