Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada təbiət üçün ilk təhlükəsiz qəbiristanlıq açılıb

Dünyada təbiət üçün ilk təhlükəsiz qəbiristanlıq açılıb

Tarix: 8 Oktyabr 2021 10:48

Belçikanın Drongen şəhərində dünyanın təbiət üçün ilk təhlükəsiz qəbiristanlığı açılıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bura yalnız ekoloji cəhətdən təmiz dəfnlər üçün nəzərdə tutulub: məzar daşları olmadan tamamilə bioloji olaraq parçalanan tabutlar.

Ərazidə qəbirlər arasında asfaltlanmış yollar və sərhədlər yoxdur, yalnız taxta skamyalar və lövhələr var. Mərhumun xatirəsini yad etmək üçün qohumlar və ya dostlar ərazidə olan albalı ağaclarından birinə onun adı yazılmış bir quş yuvası asa bilərlər.

Yeni qəbiristanlıqdakı yerlər satılmır, onlar 25 il müddətinə kirayəyə götürülə bilər - layihənin yaradıcılarının hesablamalarına görə, bu müddət ərzində insan bədəni tamamilə təbiətlə birləşəcək.


Etiketlər:  Dünyada təbiət üçün təhlükəsiz qəbiristanlıq açılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ