Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Minsk Qrupu üçtərəfli bəyanatdan kənara çıxa bilməz - Görüş baş tutacaq?

Minsk Qrupu üçtərəfli bəyanatdan kənara çıxa bilməz - Görüş baş tutacaq?

Tarix: 9 Oktyabr 2021 11:48

"Müharibə dövründə də, müharibədən sonra da müşahidə edirdik ki, ermənilərin rəsmi bəyanatları ilə sonrakı dövrdə baş verən hadisələr tamamilə fərqli idi".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

Politoloq bildirib ki, 10 noyabr bəyanatı qismən rellaşır:

"Ermənistan kommunikasiyaların açılmasına etiraz etmir. Onlar məhz bu dəhliz anlayışı nə deməkdir, ümumiyyətlə reallığı nəzərdə tutur, tutmur, bax buna qarşıdırlar, bu məntiqlə razılaşmırlar. Gözlənilən Paşinyan - İlham Əliyev görüşü ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçəcəyi söz-söhbətləri gəzir. Minsk Qrupunun həmsədrləri də 10 noyabr üçtərəfli bəyanatının müddəalarına arxalanıb bu görüş və gələcək fəaliyyətləri haqqında təklif irəli sürüblər. Demək ki, görüşün gündəliyi 10 noyabrda imzalanan üçtərəfli bəyanatdır. Çünki onun bəzi müddəaları ya ümumiyyətlə reallaşmayıbdır, yada ki qismən reallaşıb. Ona görə böyük ehtimalla ölkə rəhbərlərinin görüşü də məhz bu müddəaların tam olaraq reallaşdırılması məqsədi güdür. 

Bəyanatda da nə "status" var, nə də Azərbaycanı qane etməyən başqa bir şey var. Yeganə müddəa, hansı ki, tamamilə reallaşmayıbdır, bu kommunikasiyaların açılmasıdır. O biri müddəalar qismən reallaşır. Ermənilər məsəl üçün düşünür ki, onların "hərbi əsirləri" qalıb burada, biz deyirik ki, onlar diversantdır və yaxud biz deyirik ki, erməni ordusunun qalıqları hələ də Qarabağda qalmaqdadır, onlar deyirlər ki, biz fərqli cür başa düşürük. Yəni burada mübahisə ola bilər. Qismən bəyanatla bağlı nəsə həll olunub, reallaşıb. Amma yeganə maddə var ki, reallaşmayıb, o da kommunikasiyaların açılması ilə bağlı bənddir. Bu maddə 11 yanvar (2021) bəyanatında tam olaraq xırdalanıb. Tam olaraq göstərilib ki, kommunikasiyaların açılması məsələsi necə, nə cür olacaqdır, bu istiqamətdə hansı qurumlar yaradılmalıdır. Bu isə bu gün faktiki mövcud deyil. Ona görə də Zəngəzur dəhlizi regionda ümumi kommunikasiyaların açılmasının bir parçasıdır. Yəni, bu bənddə ancaq Zəngəzur dəhlizindən söhbət getmir axı. Burada avtomobil yolları, dəmir yolları və hava yollarından istifadə nəzərdə tutulub. Ona görə də Zəngəzur dəhlizi məsələsini ümumi prosesin bir parçası kimi dəyərləndirmək olar".

Təhməz Əsədov


Etiketlər:  Minsk Qrupu üçtərəfli bəyanatdan kənara çıxa bilməz Görüş baş tutacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ