Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2021 17:24
Klublararası dünya çempionatı gələn ilə təxirə salına bilər.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, FİFA belə addım atmağa məcbur olub.
Buna səbəb koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərdir. Bu üzdən Yaponiya turniri keçirməkdən imtina edib. CAR da analoji addım atıb.
FİFA turniri keçirmək üçün ölkə tapmaqda çətinliklə üzləşib. Bu üzdən yarışın yanvar-fevralda təşkili gündəmə gəlib. Çempionatın bu dəfə də Qətərdə keçirilməsi istisna deyil.
Qeyd edək ki, klublararası DÇ-2020 bu ilin əvvəlində keçirilib.