Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıt sakini bıçaqlanaraq öldürüldü

Sumqayıt sakini bıçaqlanaraq öldürüldü

Tarix: 10 Oktyabr 2021 11:08

Sumqayıtda qətl törədilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə gecə saatlarında şəhərin Zülfi Hacıyev küçəsində qeydə alınıb.

Şəhərin 5-ci mikrorayon ərazisində 2 nəfər arasında düşən mübahisə ölümlə nəticələnib. Sumqayıt şəhər 13-cü mikrorayon sakini 27 yaşlı Tural Abdulova mübahisə etdiyi şəxs tərəfindən bıçaq zərbəsi vurulub. Ürək nahiyəsinə nüfuz edən bıçaq zərbəsi nəticəsində T. Abdulov hadisə yerində ölüb.

Meyit aidiyyatı üzrə təhvil verilib. Qətli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Sumqayıt sakini bıçaqlanaraq öldürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ