Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden Putinə "yaşıl işıq" yandırdı: artıq dalandır

Bayden Putinə

Tarix: 11 Oktyabr 2021 15:36

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinə "Şimal axını 2" boru kəmərinin tikintisinə yaşıl işıq yandırdı və bununla da Moskvanın qiymətlərə təsir, Avropa qaz bazarına nəzarət etməsinə icazə verdi.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Deyli Meyl" məlumat yayıb.

Bildirilib ki, bu addım ABŞ Prezidentinin həm tənqidçilərini, həm də tərəfdarlarını dalana dirəyib. İndi Rusiya yeni kəmərin sertifikatlaşdırılmasına nail olmaq üçün qitədə yaranmış yanacaq böhranından istifadə edəcək.

"Şimal axını 2" Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edə bilən qaz kəməridir. Tikintisi sentyabrın əvvəlində başa çatıb və bu il üçün tədarükün həcmi 5,6 milyard kubmetrə çata bilər. Moskva dəfələrlə vurğulayıb ki, bu, yalnız kommersiya layihəsidir: qaz kəməri təkcə Rusiya deyil, Avropa Birliyi üçün də faydalıdır. Son həftələrdə dünya enerji qiymətlərində rekord artım müşahidə edilib", - məqalədə bildirilib.

Milli.Az


Etiketlər:  Bayden Putinə yaşıl işıq yandırdı artıq dalandır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ