Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2021 22:27
Silkələnmə insan başdan zərbə aldıqda, yıxıldıqda, nəqliyyat qəzalarında, məişət və küçə travmalarında baş verir.
Travma zamanı damarların spazmı baş verir, bu zaman baş beynin qan dövranı pozulur, onun ödemi baş verir ki, bu hal da bir müddət davam edir.
- Beyin silkəkələnməsi qısamüddətli funksional pozğunluqlara səbəb olur. Bu zaman baş beynin özündə aydın zədələnmə olmur. Əgər kəllə sümüyündə sınıq varsa beyin əzilməsi baş verir.
- Simptomları:
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, travma zamanı adam 5 dəqiqə huşuni itirir. Travmadan əvvəl insan, olan hadisəni xatırlamır. Baş ağrısı, ürəkbulanma, qusma, avazıma, tənəffüsün tezləşməsi, əksər hallarda yuxululuq baş verir.
Zərərçəkən yuxulayırsa bu, təhlükəli hesab olunur, beləki, yuxu zamanı qusma baş verir, qusuntu kütlələri tənəffüs yollarına düşərsə ölüm baş verə bilər. Arterial təztiq, bədən temperaturu dəyişmir. Aydın işıq, güclü səs ağrılı təsir edir. Bu əlamətlər 7-12 gün çəkir.
Ağırlaşmaları:
Ağırlaşmada tərləmə artır, nəbzin tezləşməsi, arterial təzyiq dəyişir. Baş ağrıları, başgicəllənmə baş verir. Əgər baş beynin ödemi müalicə ilə aradan qaldırılmasza, qıcolmalar baş verir. Bu vəziyyət insanın ölümünə səbəb ola bilər.
Bu zaman xəstə müayinə olunur. Kəllənin renqenoqrafiyası, nevroloqun müayinəsi aparılır. Əgər kəllə sümüyü sınırsa beyin əzilməsi diaqnozu qoyulur. Zəruri olarsa beynin komyuter tomoqrafiyası, baş beynin EXO-qrafiyası aparılır.