Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lirə niyə ucuzlaşır? - Türkiyəli iqtisadçı şərh etdi

Lirə niyə ucuzlaşır? - Türkiyəli iqtisadçı şərh etdi

Tarix: 15 Oktyabr 2021 13:00

Türkiyənin milli valyutası lirə dəyər itirməkdə davam edir. Dünən səhər saatlarında 1 dollar rekord həddə - 9,1234 lirəyə çatıb. Bununla da tarixi rekord yenilənib.

Sonxeber.net xəbər verir ki, türkiyəli iqtisadçı Mert Yılmaz lirənin ucuzlaşma səbəbləri ilə bağlı fikirlərini modern.az-la bölüşüb:

"Bütün dünyada dollar yüksəlir, inkişaf etməkdə olan banklarda faiz artırılır. Buna qarşılıq olaraq, Türkiyə faiz endirimi dövrünə daxil olmağı seçdi. Ötən ay keçirilən iclasda 100 ballıq faiz endirimi oldu. Bununla bərabər xırda bir hərəkətlənmə müşahidə etdik. Türkiyə-Rusiya, Türkiyə-Amerika münasibətləri ilə əlaqəli həndəsi risklər də olur. Zaman-zaman dolların da artdığını görə bilirik. Dünən Mərkəzi Bank idarəetməsində  vəzifə dəyişikliyi oldu. 3 nəfər üzv vəzifəsindən azad edildi.  Ümumiyyətlə, vəzifədən azad olunan şəxslərin  bazarda faiz endirimini dəstəkləməmək fikri var. Bazar oktyabr ayında Mərkəzi Bankın faizləri endirməyəcəyini düşünürdü".

Mert Yılmaz lirənin ucuzlaşmasının ixracatı genişləndirmək baxımından yaxşı hal olduğunu söyləyib:

"Beynəlxalq sahədə Türkiyənin ixracatını genişləndirmək baxımından pozitiv tərəfi görə bilərik. Türkiyədə bu tip məzənnə müdaxilələri hər zaman inflyasiya yaradıb. Türkiyədə idxala əsasən istehsalat etmə modeli var.  İdxal etmədən istehsal edə bilməyən bir ölkənin həm nəzarət, enerji, qida qiymətləri artır, məzənnədəki artım olanda yüksək inflyasiyanın artmasına səbəb olur.  İndiki hal ticarət baxımından müsbət təsir edəcək. Türkiyədə qalxma dəyəri olan məhsul ixracatı yoxdur. Daxili bazara baxdıqda, Türkiyə əhəmiyyətli alıcılıq qabiliyyətini son 4-5 ildə itirib. Pandemiya səbəbindən də ticarətdə vəziyyət  yaxşı deyil".


Etiketlər:  Lirə niyə ucuzlaşır Türkiyəli iqtisadçı şərh etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ