Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

Tarix: 16 Oktyabr 2021 08:34

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində yol qəzası qeydə alınıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, "VAZ 2106" markalı avtomobil yolu keçən 40-50 yaşlarında olan piyadanı vurub.

Piyada xəstəxanaya çatdırılarkən yolda keçinib. Hələlik piyadanın şəxsiyyəti müəyyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ