Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Malidə avtobus yük maşını ilə toqquşub, çox sayda ölən və yaralanan var

Malidə avtobus yük maşını ilə toqquşub, çox sayda ölən və yaralanan var

Tarix: 23 Avqust 2019 01:24

Bakı. Trend:

Malinin Sequ şəhəri yaxınlığında sərnişin avtobusu yük maşını ilə toqquşub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yol qəzası nəticəsində 6 nəfər həlak olub, 44 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 19-nun vəziyyətinin ağır olduğu qeyd edilir.

İlkin məlumata əsasən, yük maşınının hərəkətin qarşı istiqəmətinə çıxaraq sərnişin avtobusuna çırpılıb.

Bildirilir ki, qəzaya səbəb sürət həddinin aşılması və ya yük maşınının sürücüsünün sükan arxasında yuxlaması olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Malidə avtobus yük maşını ilə toqquşub çox sayda ölən yaralanan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ