Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tez arıqlamağın ən asan yolu: bu ot çaylarından için!

Tez arıqlamağın ən asan yolu: bu ot çaylarından için!

Tarix: 28 Oktyabr 2021 23:06

Bəzi otlar var ki, onlar arıqlamağa kömək edir. Bu otların orqanizmə olan təsiri müxtəlifdir - bəziləri orqanizmdə gedən mübadilə proseslərini sürətləndirir, digərləri iştahanı azaldır, bəziləri yüngül işlədici və ya sidikqovucu təsir edir.

Məhz bu səbəbdən arıqlamaq məqsədi ilə otları tək-tək deyil, yığım şəkildə istifadə etmək lazımdır. Bu halda təsir daha effektli olur.
Sonxeber.net modern.az-a istinadən arıqlamaq üçün olan bir neçə ot çayı resepti təqdim edir:

Təqdim olunan çayları növbələşdirmək olar - bir həftə bir dəmləmə, növbəti həftə digər dəmləmə və s. Bu halda effekt daha yaxşı olacaq.

Arıqlamaqdan əlavə bu çaylar orqanizmi müxtəlif ziyanlı maddələrdən təmizləyir, cavanlaşdırır, mübadilə prosesləri, bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Beləliklə, insan arıqlamaqdan əlavə öz orqanizmini daha sağlam edir.

1. Hər otdan 1 xörək qaşığı olmaqla kətan toxumu, razyana, qarğıdalı saçaqları, çobanyastığı, dəvədabanı və 1 çay qaşığı zəncəfil tozu yaxşı qarışdırılır. Hər gün bu qarışıqdan 1 xörək qaşığı götürüb 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və hər qida qəbulundan 20 dəqiqə əvvəl stəkanın 1/3 hissəsi olmaqla qəbul edin. Qarışıq qurtarana kimi dəmləməni qəbul edin.

2. 1 çay qaşığı qurudulmuş dəniz yosunları (apteklərdə satılır), 1 çay qaşığı xırda doğranmış şüyüd, 1/2 çay qaşığı cirə, bıcağın ucunda darçın qarışdırılır, 30 dəqiqə ərzində 1 stəkan qaynar suda dəmlənilir və süzülür. Bu dəmləməni hər qida qəbulundan 20 dəqiqə əvvəl stəkanın 1/3 hissəsi olmaqla için. Dəmləməni 1 həftə ərzində qəbul edin (dəmləmə hər gün təzə olmalıdır).

3. 1 xörək qaşığı razyana, 1 xörək qaşığı solmaz çiçəyi, 1 xörək qaşığı itburnu, 1 çay qaşığı səna otu, 1 çay qaşığı sarıkök yaxşı qarışdırılır. Hər gün bu qarışıqdan 1 xörək qaşığı götürüb 1 stəkan qaynar suda dəmləyin və süzün. Dəmləməni qida qəbulundan 20-30 dəqiqə əvvəl stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.

Belə çayları uzun müddət ərzində qəbul etmək olmaz. 2 ay ərzində qəbul edin, sonra 1 ay fasilə edin və yenə də təkrar edin.

Çayları qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. Bəzi böyrək, qaraciyər və mədə-bağırsaq sistemi xəstəlikləri bu otların qəbulu üçün əks göstəriş sayılır. Nəzərə alın ki, hətta ən "zərərsiz" otlar müəyyən vəziyyətlərdə insanın sağlamlığına ziyan vura bilər, bu insanda olan xəstəliyin kəskinləşməsinə və ağırlaşmasına səbəb ola bilər.


Etiketlər:  arıqlamağın asan yolu çaylarından için


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ