Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2021 17:38
Lənkəran rayonu Tuado kənd sakini Şəlalə Cavadova kəndin yollarının bərbad vəziyyətdə olmasından şikayətlənir. Qaynar xəttimizə göndərdiyi videoya şərh olaraq sakin 70-ə yaxın evdən ibarət kənddə gediş-gəlişin çətinliyindən yazıb. Şəlalə xanım xüsusilə övladlarını məktəbə aparıb-gətirməkdə əziyyət çəkdiklərini qeyd edib.
Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, biz də bu videonu əsas tutaraq Lənkəran rayonu Tuado kənd icra nümayəndəliyi ilə əlaqə saxladıq. İcra nümayəndəsi Allahverdi İbrahimov ucqar dağ kəndi olan Tuadonun yollarının daş örtüklü olduğunu bildirdi. O həmçinin əlavə etdi ki, bu kənddə də digər yaşayış məntələqində olduğu kimi yolların təmiri gözlənilir və bu, gələn ilin dövlət planına daxil edilib.
Yəni, deyilənlər gerçəkləşsə, bu qış Tuado sakinlərinin palçıqlı yollarla hərəkət edəcəyi son mövsüm olacaq.