Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onlayn investisiya təlimi təklif edən xarici şirkətlərə inanmaq olar?

Onlayn investisiya təlimi təklif edən xarici şirkətlərə inanmaq olar?

Tarix: 30 Oktyabr 2021 02:16

İnvestisiya təlimi adı ilə vətəndaşlara investisiya etmək xidməti təklifi edən müxtəlif xarici şirkətlərin ölkəmizdə bu xidməti təklif etməsi Azərbaycanda bu sahədə olan mövcud qanunvericiliyə nə dərəcədə uyğundur? Həmin şirkətlərin Azərbaycandakı fəaliyyətinə aydınlıq gətirən Mərkəzi Bankın Kapital Bazarlarına Nəzarət departamentinin direktor müavini Samir İsmayılov bildirib ki, xarici investisiya şirkəti Azərbaycanda yalnız müvafiq sahədə lisenziya aldığı yaxud filial alacağı təqdirdə fəaliyyət göstərə bilər. Kimsə hər hansı saytda ümumi xidmətini reklam edirsə və Azərbaycanlı investor o şirkət vasitəsi ilə xaricdən qiymətli kağız alırsa bununla bağlı nə requlyatorun nə də qanunvericiliyin tətbiq etdiyi məhdudiyyət yoxdur.İnvestorlar istənilən qiymətli kağızlar bazarında investisiya edə bilər.Biz təcrübədə ölkəmizdəki investorların ABŞ və Avropa bazarlarında qiymətli kağıları əldə edərək investisiya etdiklərini müşahidə edirik.

Sonxeber.net fins.az-a istinadən bildirir ki, Mərkəzi Bank rəsmisi belə saytların ölkə vətəndaşlarını aldadaraq müəyyən qədər vəsaitlərini ələ keçirməklərinə də aydınlıq gətirərək. Qiymətli kağız hansı ölkədə hansı yuristiksiyada alınıbsa təbii ki, həmin ölkənin yusitiksiyasında müəyyən bir nəzarət requlyativ çərçivə var. Bizim investor həmin yusitiksiyada qiymətli kağız aldığı zaman həmin ölkənin qanunvericiliyi çərçivəsində hüquqları qorunur.

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bu tip saytlar vasitəsi ilə vətəndaşlara təklif edilən xidmətlər dələdüzluğun müasir formasıdır. İstənilən halda vətəndaşlar bu cür təlimlərdə iştirak edəndə ehtiyatlı olmalıdır. İlk növbədə araşdırmaq lazımdır ki, həmin təlimi verən şirkət hansı şirkətdir. Bu şirkətin nə qədər dayanıqlı olmağına, istifadəçi sayına baxmaq vacibdir. İndi elə bir dövrdür ki, internet vasitəsi ilə hərhansı əməliyyat aparmazdan öncə əməkdaşlığı düşündüyünüz şirkət barədə araşdırma etmək vacib şərtə çevrilib. Bu araşdırmadan sonra həmin qurumun ən-ənəsi əlaqələri və ünvanı ilə bağlı ötürdüyü məlumatlar doğru və etibarlıdırsa həmin qurumla əməkdaşlıq etmək olar.

Mütəxəsis eyni zamanda Free Trading Alers , İnvest Tfin Cource , İqoption, FMFX ,STEPS TO REGISTER kimi xarici birjalar üzrə təlim və investisiya xidməti təklif edən şirkətlərlə bağlı məlumat verərək "Vətəndaşların nəzərinə çatdırmaq istərdim ki, əgər hərhansı qurum sizə təlim xidməti təklif edirsə o şirkət sizdən kart məlumatları tələb etməməlidir. Hətta maliyyə vəsaiti köçürülməsi vacib olduğu təqdirdə belə ciddi şirkətlər müştəridən kart məlumatları deyil hesab nömrəsi istəyir.Buna görə də bank kartları vasitəsi ilə deyil bank hesabları vasitəsi ilə maliyyə əməkdaşlığı etmək daha doğru seçim olar. Müraciət edən şəxsdən xidmət təklif edən şirkət kart məlumatlarını istəyirsə bu halda artıq şübhələnmək lazımdır. Banklar ,investisiya şirkətləri əsasən kartlarla deyil hesablarla maliyyə əməkdaşlığı həyata keçirirlər. Belə dələduz şirkətlər əsasən Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan hətta Azərbaycanın özündə belə qurumlar mövcuddur. Bunlar bir şəbəkə şəklində fəaliyyət göstərməyə daha çox üstünlük verirlər.Bu tip şirkətlər tək bizim ölkə vətəndaşlarını deyil dünyanın əksər ölkələrinin vətəndaşlarını aldadaraq dələduzluğa məruz qoyur. "-deyə qeyd edib.


Etiketlər:  Onlayn investisiya təlimi təklif edən xarici şirkətlərə inanmaq olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ