Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2021 19:12
"İran İslam Respublikası nizamına qarşı təbliğat" fəaliyyəti göstərməkdə suçlanan jurnalist Mənuçehr Ağayinin həbsxanaya göndərildiyi bildirilir.
Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərində fəaliyyət göstərən jurnalist daha əvvəl rejimə qarşı təbliğat fəaliyyəti göstərmək ittihamı ilə 8 ay həbsə məhkum edilmişdi.
İnsan haqları üzrə fəaliyyət göstərən "HRA" agentliyinə istinadən, Ağayi məhkum olduğu həbs cəzasını çəkmək üçün çərşənbə günü Miyandab Həbsxanasına göndərilib.
Mənuçehr Ağayinin "Miandoab Press" adlı internet portalı Qərbi Azərbaycan vilayəti və xüsusilə Qoşaçay şəhəri ilə bağlı xəbərlər yayır.
HRA-nın bildirdiyinə görə, jurnalist öz yazıları səbəbilə deyil, digər istifadəçilər tərəfindən onun sosial şəbəkələrdə paylaşdığı yazılar və görüntülər altında yazılan şərhlərdən dolayı rejimə qarşı təbliğatda günahlandırılıb.