Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu Universitetdə bir qrup distant təhsilə keçdi

Bu Universitetdə bir qrup distant təhsilə keçdi

Tarix: 31 Oktyabr 2021 17:12

Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistratura pilləsində bir qrup distant təhsilə keçib.

Bununla bağlı Universitetdən Milli.Az-a bildirilib ki, həmin qrupda bir tələbədə virus aşkarlandığı üçün distant təhsilə keçilib.

Qeyd edilib ki, əyani dərslər başlayandan indiyə qədər universitetdə ümumilikdə 7 qrup distant təhsilə keçib və artıq əyani dərslərə geri dönüblər.

Milli.Az


Etiketlər:  Bu Universitetdə bir qrup distant təhsilə keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ