Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2021 20:58
Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasının "myu" və "lyambda" ştammları aşkarlanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Rospotrebnadzor"un Mərkəzi Epidemioloji Elmi-Tədqiqat İnstitutunun direktoru Vasiliy Akimkin bildirib.
Onun sözlərinə görə, "lyambda" ştammına 1, "myu" ştammına isə 3 yoluxma halı qeydə alınıb.
Direktor qeyd edib ki, "delta" ştammı Rusiya və dünyada dominant olaraq qalır.