Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 10:05
Türkiyəli müğənni və yazar Ömür Gedikin televiziya efirində açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, sənətçi süni ətin geniş yayılmasının tərəfdarı olduğunu bildirib.
"Ət yeyək, amma heyvanlar ölməsin. Heyvanlara əziyyət verməməliyik. Mən də ət yemək istəyirəm, amma heyvanları öldürmək istəmirəm", - deyə Ö.Gedik bildirib.
Qeyd edək ki, süni ət tamamən laboratoriya şəraitində hazırlanır. İstifadəsi geniş yayılmayıb.