Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qreta Tunberq dünya liderlərindən “bla-bla”nı dayandırmağı istədi - FOTO

Qreta Tunberq dünya liderlərindən “bla-bla”nı dayandırmağı istədi - FOTO

Tarix: 3 Noyabr 2021 13:34

İsveçli ekoloji fəal Qreta Tunberq dünya liderlərini iqlim dəyişikliyi məsələsində fəaliyyətsizlikdə ittiham edib. Onun sözlərinə görə, siyasətçilər bu məsələdə və bəşəriyyətin gələcəyi ilə bağlı narahatlıqlarını göstərsələr də, əslində riyakarlıq edirlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qeyd edək ki, hazırda Şotlandiyanın Qlazqo şəhərində COP26 iqlim sammiti keçirilir.

Tunberq bu sammitdən sonra da hər hansı bir dəyişikliyin olacağına inanmadığını deyib.

"Biz bəyan edirik: Daha "bla-bla-bla" olmayacaq, insanların, təbiətin və planetin istismarı olmayacaq", - deyə Tunberq Qlazqoda keçirilən etiraz aksiyasında bəyan edib.

Milli.Az


Etiketlər:  Qreta Tunberq dünya liderlərindən bla blanı dayandırmağı istədi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ