Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid Mehrac Əhədovun xatirəsi anılıb - VİDEO

Şəhid Mehrac Əhədovun xatirəsi anılıb - VİDEO

Tarix: 3 Noyabr 2021 14:30

Qəhrəman şəhid oxuduğu 93 nömrəli məktəbdə yad edilib

Bu gün 2-ci Qarabağ müharibəsi şəhidi Əhədov Mehrac İntiqam Oğlunun cənnətdəki ilk yaşıdır. Əhədov Mehrac 1999-cu il oktyabrın 30-da anadan olub. 2006-2017-cı illərdə 93 nömrəli tam orta məktəbdə təhsil alıb.

Daha sonra hərbi xidmətini başa vuran Mehrac 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanıb, oktyabr ayında Füzuli uğrunda gedən döyüşlərdə ali şəhid adını qazanıb.

Bu gün Şəhid Mehrac Əhədovun doğum günü münasibətilə təhsil aldığı 93 nömrəli məktəbin müəllim və şagird heyəti tədbir keçirdi.

Məktəblilər səhnəciklər, şeirlər, vətənpərvər ruhlu mahnılar səsləndirdilər.

Tədbirdə iştirak edən şəhid ailələrini, valideynləri, məktəbin müəllim heyətini məktəbli uşaqların zəhməti böyük maraqla izləməyə sövq edirdi.

Cənnətdəki yaşın mübarək, xalqın doğum gününü qeyd edir, şəhidim, rahat uyu...

Milli.Az


Etiketlər:  Şəhid Mehrac Əhədovun xatirəsi anılıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ