Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2021 16:06
Yeni "Spyros Chaos" sözün əsl mənasında hiperavtomobildir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onun əksər detalları titandan hazırlanıb.
"Chaos" "Earth Version" və "Zero Gravity" olmaqla iki versiyada alıcılara təklif olunacaq.
Hər iki modelin ölçüləri 5053x2068x1121 mm-dir.
Hiperkar V10 4.0 biturbo mühərriklə hərəkətə gətirilir. "Earth Version" versiyasında onun at gücü 2048,7, "Zero Gravity"də isə 3064,7 təşkil edir. Birinci halda hiperkar 1.5, ikinci halda isə 1.9 saniyə ərzində sürətini 100 km/saata çatdırır. "Chaos"un maksimal sürəti 500 km/saatdır.
Maraqlıdır ki, cəmi 20 nüsxədə Yunanıstanda istehsal ediləcək hiperkarlar yalnız "Sotheby's" hərracı vasitəsilə satılacaq. "Earth Version"ın ilkin qiyməti 5.5, "Zero Gravity"nin isə 12.4 milyon avrodur.