Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu bəladan sonra dünya necə dəyişəcək?

Bu bəladan sonra dünya necə dəyişəcək?

Tarix: 3 Noyabr 2021 17:14

Artıq iki ildir ki, bəşəriyyət qlobal pandemiya ilə mübarizə aparır. Bu bəlanın qlobal iqtisadiyyatda yaratdığı qeyri-müəyyənlik əksər dünya ölkələrində iqtisadi tənəzzül yaratdı və hələ də onun fəsadları davam etməkdədir. Postpandemiya dövrü hazırda dünya birliyinə daxil olan dövlətlərin qarşısında duran əsas məsələlərdən biri kimi nəzərdən keçirilir.

Bəllidir ki, bu gün dövlətlərin qarşısında iki əsas çağırış var - pandemiyanın sosial-iqtisadi təsirlərinin azaldılması və milli iqtisadiyyatın postpandemiya dövründə inkişafı. Dünyanın bir parçası olan Azərbaycanda da dövlət bu istiqamətdə mühüm addımlar atmaqdadır. Həm pandemiyanın sosial-iqtisadi təsirlərinin azaldılması istiqamətində qərarlar qəbul edilir, həm də postpandemiya dövrünə hazırlıqla bağlı islahatlar aparılır.

İki ildən artıq hökm sürən duğrunluq özünü bütün sahələrdə göstərib. Və indi dünya birliyi problemdən ziyansız və tez bir zamanda çıxmaq üçün müxtəlif proqram və layihələr üzərində iş aparır. Bu sırada ölkəmiz də var. Azərbaycan pandemiya ilə yanaşı, İkinci Qarabağ Müharibəsinin nəticələri də qarşıda durub. Və inanırıq ki, hər iki problemin öhdəsindən uğurla gələcək.

Bəllidir ki, Azərbaycan tək regionda deyil, ətraf bölgələrdə də, qlobal pandemiyanın öhdəsindən uğurla gələn ölkələr sırasında yer alıb. Əksər ölkələrə yaşanan problemlər ciddi şəkildə öz nəticəsini göstərdiyi halda, Azərbaycanda qlobal pandemiyanın nəticələri elə də hiss olunmadı. Düzdür, iş yerləri müvəqqəti bağlandı, insanların gəliri azalsa da, dövlət maksimum dərəcədə problemləri həll etməyə müvəffəq oldu. Bu gün də uğurla postpandemiya dövrünə hazırlaşır. Bu baxımdan Bakıda keçiriləcək "COVID-19-dan sonrakı dünya" mövzusunda Qlobal Bakı Forumunun sözsüz ki, ciddi nəticələri olacaq.

Kamran Seyidov


Etiketlər:  bəladan sonra dünya necə dəyişəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ