Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2021 21:38
"Amazon" şirkətinin qurucusu və rəhbəri Ceff Bezos təbiətin bərpası üçün 2 milyard dollar ayıracaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, şirkətin rəhbəri Şotlandiyanın Qlazqo şəhərində keçirilən COP26 İqlim Dəyişikliyi Sammitində çıxışı zamanı "Dünya" Fonduna landşaftların bərpası və qida sistemlərinin dəyişdirilməsi üçün 2 milyard dollar xərcləyəcəyini söyləyib. O, iqlim dəyişikliyi ilə mübarizə üçün ümumilikdə 10 milyard dollar xərcləməyi planlaşdırır.
"Amazon"un rəhbəri deyib ki, dünyanın bir çox yerində təbiət artıq karbon yuvasından karbon mənbəyinə çevrilir.