Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kompani istefaya göndərildi

Kompani istefaya göndərildi

Tarix: 23 Avqust 2019 20:56

Bakı. Trend:

Belçikanın "Anderlext" klubu oynayan-məşqçi funksiyasını yerinə yetirən Vensan Kompani ilə bağlı yeni qərar qəbul edib.

Trend-in məlumatına görə, 33 yaşlı müdafiəçi baş məşqçi kimi fəaliyyət göstərməyəcək. Uğursuz nəticələrdən sonra onu Simon Deyvis əvəz edib. Kompani komandada yalnız futbolçu kimi çıxış edəcək.

Belçikalı futbolçu ötən mövsümün sonunda "Mançester Siti"dən "Anderlext"ə keçmişdi.


Etiketlər:  Kompani istefaya göndərildi


RƏYLƏR