Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahir Emrelinin “Napoli”yə qolu yetmədi - VİDEO

Mahir Emrelinin “Napoli”yə qolu yetmədi - VİDEO

Tarix: 4 Noyabr 2021 23:46

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Legiya"nın heyətində Avropa Liqasında növbəti qolunu vurub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 24 yaşlı forvard bu dəfə qrup mərhələsinin IV turunda "Napoli" ilə ev matçında fərqlənib.

Varşavada baş tutan qarşılaşmada start heyətində meydana çıxan Emreli 10-cu dəqiqədə cərimə meydanı daxilindən dəqiq zərbə ilə hesabı açıb. Bu, həmyerlimizin qol həsrətinə son qoysa da, polşalıların xal alması üçün kifayət etməyib. Çünki ikinci hissədə Pyotr Zelinski (51-ci dəqiqə), Dris Mertens (75), İrvin Lozano (79) və Adam Unasın (90) qolları neapollulara 4:1 hesablı qələbə qazandırıb. Emreli isə 80-ci dəqiqədə əvəzlənib.

Bu qalibiyyətlə xallarının sayını 7-yə yüksəldən "Napoli" liderliyi rəqibdən alıb. Aktivində 6 xal olan "Legiya" isə hətta ikinci yeri də əldən vermək təhlükəsi ilə üzləşib.

Milli.Az


Etiketlər:  Mahir Emrelinin Napoliyə qolu yetmədi VİDEO


RƏYLƏR