Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2021 08:06
Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı MAXE Əhmədov Tural Əkrəm oğlu AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası alaraq həlak olub.
Sonxeber.net xəbər verir ki, "qafqazinfo" həlak olan çavuş Əhmədovla bağlı bəzi məlumatlar əldə edib.
Məlumata görə, hərbçimiz Lerikin Ambu kəndindədir. Tural Əhmədovun nişanlı olduğu bildirilir.
Qeyd edək ki, hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.