Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2021 10:52
Ukrayna ilə mümkün genişmiqyaslı müharibədə yalnız hərbi yolları nəzərdən keçirmirik.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, qondarma "donetsk xalq respublikasının" rəhbəri Deniş Puşilin deyib.
O bildirib ki, Ukraynada enerji sektoru və yanacaq qıtlığı yaşanarsa, Kiyev hakimiyyəti əhalinin diqqətini bu problemlərdən yayındırmaq üçün Donbasda vəziyyəti gərginləşdirə bilər:
"Uzun zamandır ki, Ukraynanı müşahidə edirik və görürük ki, məntiqsizlik və özünüməhv bu ölkəyə xasdır. Ona görə də biz istənilən gedişata hazır olmalıyıq".
O qeyd edib ki, Ukrayna ordusunun hücumu baş verərsə, "əl-qolları" açılacaq:
"Sizi əmin edirəm ki, biz yalnız öz mövqelərimizi müdafiə etməklə kifayətlənməyəcəyik".