Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ötən gün toyda 1 nəfər həbs edilib, 8 nəfər cərimələnib

Ötən gün toyda 1 nəfər həbs edilib, 8 nəfər cərimələnib

Tarix: 5 Noyabr 2021 17:42

Noyabrın 4-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 55 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, monitorinq 49 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 8 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib, 255 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Milli.Az


Etiketlər:  Ötən gün toyda 1 nəfər həbs edilib 8 nəfər cərimələnib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ