Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti
Tarix: 24 Avqust 2019 10:36
Bakı. Trend:
Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, hadisə nəticəsində rayonun Təpəcənnət kəndində dağlıq ərazidə 200 hektar sahədə kol-kos və quru ot yanıb.
Yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub. Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.