Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əgər hər şey Allahın qəza-qədərində varsa, niyə dua edirik?

Əgər hər şey Allahın qəza-qədərində varsa, niyə dua edirik?

Tarix: 7 Noyabr 2021 21:52

Hədislərdə buyurulub ki, dua möminin silahıdır. Dua vasitəsilə mömin öz istəklərini Allaha çatdırar, arzu etdiklərini qazanar, qorxduğu bəlalardan uzaq olar. Qədər, yəni dünyada baş verməli hadisələr iki növdür. Bunların birincisi dəyişməyən və mütləq baş verməli olan hadisələrdir. Dua vasitəsilə bu hadisələri dəyişmək mümkün deyil. Amma ikinci növ qədəri dua və s. yollarla dəyişmək mümkündür. Mömin şəxsin duası müstəcab olmaqla başına gələsi olan bəzi bəlaların qarşısı alına bilər. Eləcə də, bəzi əməllər öz ardınca müsbət və mənfi nəticələr gətirər. İnsanın və cəmiyyətin bəzi əməlləri, davranışları xeyir-bərəkəti artıra və əksinə, bəlaları çoxalda bilər. Buna görə həm Quranda, həm də məsumlarımızın hədislərində çox dua etmək tövsiyə olunub.


Etiketlər:  Əgər hər şey Allahın qəza qədərində varsa niyə edirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ