Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı həkimdən şəkər xəstələri üçün - Möcüzə qarışım

Azərbaycanlı həkimdən şəkər xəstələri üçün - Möcüzə qarışım

Tarix: 10 Noyabr 2021 23:09

Hil çayı, qarazirə, darçın və qatıqdan ibarət təbii qarışım ağız qurumasını, çox susama hissini aradan götürür, zaman-zaman istifadə olunduqda yüngüllük hissi verir. Bir müddət sonra qanda şəkərin normasına (artıb-azalmasına) diqqət etmək mümkün olur. Qarışım həm şəkəri aşağı salır, həm də bu xəstəliyin verdiyi ağırlaşmaları aradan qaldırır.

Sonxeber.net xəbər verir ki, həkim-fitoteraoevt Fizuli Hüseynov bu barədə məlumat paylaşıb.

Şəkəri aşağı salan resept:

Lazım olanlar: 1 çay qaşığı hil, 1 çay qaşığı qarazirə, 1 çay qaşığı darçın, yarım stəkan qatıq.

Gündə 3 dəfə hər yeməkdən 1 saat sonra bitkiləri toz formada qatıqla qarışdırıb yemək olar.

"Xatırladım ki, bitkiləri kofeüyüdən vasitəsilə üyüdüb həmin dəqiqə istifadə etmək olduqca faydalıdır. İstifadə müddəti fasiləsizdir. Belə ki, şəkər xəstələri bu qarışımdan hər zaman istifadə edə bilərlər. Bu təbii vasitə şəkərdən başqa yüksək xolesterini aşağı salır, antioksidantdır (xərçəngin müalicə və profilaktikasında istifadə oluna bilər), qaraciyər piylənməsindən və köpdən əziyyət çəkənlər üçün də faydalıdır"

Fitoterapevt onu da qeyd edib ki, qarışım az hallarda qəbizlik verə bilər. Əgər belə bir problem yaransa, yarım çimdik novruz şaxtagülü bitkisinin qurudulmuş və üyüdülmüş köklərindən qarışıma əlavə etmək mümkündür. /medicina.az


Etiketlər:  Azərbaycanlı həkimdən şəkər xəstələri üçün Möcüzə qarışım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ